12 yaşlı pəhləvan dişləri ilə avtomobil dartıb
01.06.2024 - 18:42
12 yaşlı pəhləvan dişləri ilə avtomobil dartıb

Dənizkənarı Milli Parkda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uşaqlar idmanı sevir" adlı festival keçirilib.

Apasport.az xəbər verir ki, festival çərçivəsində 12 yaşlı pəhləvan Əli Muxtarov iki əli üzərində yeriyərək 1280 kiloqramlıq avtomobili dişləri ilə dartıb. Azyaşlı pəhləvan bildirib ki, bu idman növü ilə məşğul olmağa 5 yaşı olarkən başlayıb: "Babamdan görüb pəhləvanlığa həvəs salmışam. Bu adət-ənənəni davam etdirmək istəyirəm. O, mənə əlləri üstə dayanaraq yeriməyi öyrətmişdi. Bu vəziyyətdə maşın dartmaq üçün mənə 1-2 il vaxt lazım oldu. Bu gün nümayiş etdirdiyim hərəkəti isə qazilərə və şəhid analarına həsr edirəm".

Cüdo ilə də məşğul olduğunu söyləyən Əli Muxtarov Azərbaycanın titullu cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərovun yolu ilə getmək istədiyini bildirib.

Qeyd edək ki, uşaqlar festivalda stolüstü tennis, badminton və şahmat oynayıb, avarçəkmə idman növündə özlərini sınayıblar.

writer photo
Əlirza Əlirzalı
0