Samir Abasov uzaqgörən deyil. Ən azından məşqçi, futbolçu, idarəçi gərək siyasətin s hərfindən xəbərdar olsun. Abasov gah başladı ki, "Sumqayıt, dərdim mənim", gah dedi "bu şəhəri qoyub heç yerə gedə bilmərəm", gah da dedi "o kluba qayıtmayacam".
Nə isə, Allah hamının ürəyinə görə versin, çörəyini yetirsin. Abasov gəldi, "ağ-qaralar" ilk 3 xalını qazandı, uddu, durdu qıraqda. "Neftçi"də də bu dəqiqə hər kəs xoşbəxt görünür.
Danışılası o qədər şey var ki... Eyni oyunçular Qriqorçukun vaxtında niyə oynamırdı? Dünən drijor, maestro olan Emin Mahmudov ilk həftələrdə harda idi, niyə hərəkət etmirdi?
Hamıya xox, əmiyə yox. Torbalar tikdiniz, oyunlar qurdunuz. Bir məsəl var, əsasən ailə münasibətlərində misal olaraq çəkilir: "Başqasının bərbəxtçiliyinin üstünə xoşbəxtlik yaşamaq olmaz".
Hələ ki, "operasiya plan üzrə davam edir". İlk oyunda 3 xal, hər şey qaydasında. Samir açıqlananda deyinən, narazılıq edən fanatlar ilk qələbədən sonra tribunaya çağırdı Abasovu.
Görək axırı nə olacaq. İstəməyənin gözü çıxsın. Gör dünyanın harasıdır ki, hətta "Qarabağ" azarkeşləri də "Neftçi"nin uğurunu istəyir. Hamı istəyir.
Allah axırını xeyir eləsin. Allah hamının ürəyinə görə versin (gülərək).