Bu gün keçiriləcək Avropa Liqasının final oyunu ilə turnirdəki 51-ci mövsüm başa çatacaq.
Apasport.az saytının məlumatına görə, 1971/72 mövsümündən təşkil olunan yarışda 50 dəfə qalib müəyyənləşib.
1997/98 mövsümünə qədər final iki oyundan ibarət olubsa, sonrakı illərdə qalib bir matçda müəyyənləşib. 2009/10 mövsümündən turnir Avropa Liqası adlanıb.
Arxada qalan 50 yarışda 11 ölkəni təmsil edən 29 klub kuboku başı üzərinə qaldırıb. Şotlandiya 12-ci ölkə, “Reyncers” 30-cu qalib kimi tarixə düşə bilər. “Ayntraxt” 2-ci, Almaniya 7-ci mükafatını qazanmağa yaxındır.
Klublar arasında rekord isə “Sevilya”ya məxsusdur – 6 dəfə. “Atletiko”, “İnter”, “Yuventus” və “Liverpul” hərəyə üç titul əldə edib.
İspaniya daha çox – 13 uğura malikdir. İngiltərə və İtaliya klublarının 9 kuboku var.
Avropa Liqası (əvvəl UEFA kuboku): Bütün finallar
1971/72. “Tottenhem” – “Vulverhempton” – 2:1, 1:1
1972/73. “Liverpul” – “Borussiya” M – 3:0, 0:2
1973/74. “Feyenoord” – “Tottenhem” – 2:2, 2:0
1974/75. “Borussiya” M – “Tvente” – 0:0, 5:1
1975/76. “Liverpul” – “Brügge” – 3:2, 1:1
1976/77. “Yuventus” – “Atletik” – 1:0, 1:2
1977/78. PSV – “Bastiya” – 0:0, 3:0
1978/79. “Borussiya” M – “Srvena Zvezda” – 1:1, 1:0
1979/80. “Ayntraxt” – “Borussiya” M – 2:3, 1:0
1980/81. “İpsviç” – “Alkmaar” – 3:0, 2:4
1981/82. “Höteborq” – “Hamburq” – 1:0, 3:0
1982/83. “Anderlext” – “Benfika” – 1:0, 1:1
1983/84. “Tottenhem” – “Anderlext” – 1:1, 1:1, p.4:3
1984/85. “Real” – “Videoton” – 3:0, 0:1
1985/86. “Real” – “Köln” – 5:1, 0:2
1986/87. “Höteborq” – “Dandi Yunayted” – 1:0, 1:1
1987/88. “Bayer” – “Espanyol” – 0:3, 3:0, p.3:2
1988/89. “Napoli” – “Ştutqart” – 2:1, 3:3
1989/90. “Yuventus” – “Fiorentina” – 3:1, 0:0
1990/91. “İnter” – “Roma” – 2:0, 0:1
1991/92. “Ayaks” – “Torino” – 2:2, 0:0
1992/93. “Yuventus” – “Borussiya” D – 3:1, 3:0
1993/94. “İnter” – “Zalsburq” – 1:0, 1:0
1994/95. “Parma” – “Yuventus” – 1:0, 1:1
1995/96. “Bavariya” – “Bordo” – 2:0, 3:1
1996/97. “Şalke” – “İnter” – 1:0, 0:1, p.4:1
1997/98. “İnter” – “Latsio” – 3:0
1998/99. “Parma” – “Marsel” – 3:0
1999/2000. “Qalatasaray” – “Arsenal” – 0:0, p.4:1
2000/01. “Liverpul” – “Alaves” – 5:4
2001/02. “Feyenoord” – “Borussiya” D – 3:2
2002/03. “Porto” – “Seltik” – 3:2
2003/04. “Valensiya” – “Marsel” – 2:0
2004/05. MOİK M – “Sportinq” – 3:1
2005/06. “Sevilya” – “Midlsbro” – 4:0
2006/07. “Sevilya” – “Espanyol” – 2:2, p.3:1
2007/08. “Zenit” – “Reyncers” – 2:0
2008/09. “Şaxtyor” – “Verder” – 2:1
2009/10. “Atletiko” – “Fulhem” – 2:1
2010/11. “Porto” – “Braqa” – 1:0
2011/12. “Atletiko” – “Atletik” – 3:0
2012/13. “Çelsi” – “Benfika” – 2:1
2013/14. “Sevilya” – “Benfika” – 0:0, p.4:2
2014/15. “Sevilya” – “Dnepr” – 3:2
2015/16. “Sevilya” – “Liverpul” – 3:1
2016/17. “Mançester Yunayted” – “Ayaks” – 2:0
2017/18. “Atletiko” – “Marsel” – 3:0
2018/19. “Çelsi” – “Arsenal” – 4:1
2019/20. “Sevilya” – “İnter” – 3:2
2020/21. “Vilyarreal” – “Mançester Yunayted” – 0:0, p.11:10