7 aylıq hamilə olan misirli idmançı Olimpiya Oyunlarına qatılıb
30.07.2024 - 10:30
7 aylıq hamilə olan misirli idmançı Olimpiya Oyunlarına qatılıb

Misirli qılıncoynadan Nada Hafez 7 aylıq hamilə ikən Paris Olimpiadasında iştirak edərək idman dünyasını heyrətə gətirib.

Apasport.az xəbər verir ki, 26 yaşlı idmançı qadınların fərdi yarışında ilk görüşünü qələbə ilə başa vurub. 

Hafez 1/8 final mərhələsində Cənubi Koreyalı Çunq Hayonqa uduzaraq yarışdan kənarlaşdırılıb.

O, mübarizəsi başa çatdıqdan sonra sosial media hesabında paylaşım edib:

"Sizə görə, 2 idmançı yarışırdı, amma əslində üç oyunçu var idi! Hələ dünyaya gəlməmiş körpəm, mən və rəqibim!”

Misirli qılıncoynadan daha əvvəl Rio və Tokio Olimpiyadasında da iştirak edib. 

Qeyd edək ki, peşəkar idmanda belə hallar əvvəllər də olub. Xüsusilə, tennisçi Serena Uilyams 2017-ci ildə hamilə ikən Avstraliya Açıq çempionatının qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0