8 çəki dərəcəsində ən güclü TAEKVONDOÇULAR
21.12.2022 - 11:08
8 çəki dərəcəsində ən güclü TAEKVONDOÇULAR

Yeniyetmə taekvondoçular arasında Azərbaycan birinciliyinə start verilib. 

Apasport.az saytının məlumatına görə, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə 8 çəki dərəcəsi üzrə döyüşlər təşkil olunub. 

Qız taekvondoçular arasında 3, oğlanlar arasında 5 çəkidə mükafatçılar müəyyənləşib. 

Yarışın ikinci günü bu yaş kateqoriyasında daha 12 çəki dərəcəsində görüşlər keçiriləcək.

Qeyd edək ki, yeniyetmələr arasında Azərbaycan birinciliyinin ardınca – dekabrın 22-də gənc taekvondoçuların mübarizəsinə start veriləcək. 

Azərbaycan birinciliyi
Qızlar 
33 kq

1. Zəhra İsayeva (RUGİM)
2. Xədicə Həmidova (DGK İSM)
3. Həqiqət Ələsgərli (“Alpman” TK)
3. Məleykə Məhərrəmova (Lənkəran TİM)

44 kq
1. Humay Dadaşova (Quba)
2. Mehin Qarayeva (“Ümid” TK)
3. Aylin Mahmudova (“Qafqaz” TK)
3. Nəzrin İbrahimli (“Təhsil” RİM Sumqayıt)

55 kq
1. Narın Həsənova (“Alpman” TK)
2. Türkan Yuniszadə (DGK İSM)
3. Zəhra Vəliyeva (“Asiman” TK)
3. Tamara Əliyeva (“Modern Sports School”)

Oğlanlar
33 kq

1. Anar Abdullazadə (“Xəzər” TK)
2. İlknur Əlimov (DGK İSM)
3. Toğrul Zeynalzadə (Qazax)
3. Səfər Behbudzadə (Ağcabədi)

41 kq
1. Novruz Əliyev (Ağcabədi)
2. Abil Mehralı (“Asiman” TK)
3. Sənan Babazadə (Lənkəran TİM)
3. Tapdıq Həsənov (“Rizvan” TK)

53 kq
1. Tamerlan Yaqubov (DİN İC)
2. Miryunus Nəbizəda (6 saylı İOEUGİM)
3. Abdulla İsmayılov (Ağdam)
3. Hüseyn Əliyev (“Ümid” TK)

61 kq
1. İsrail Nəcəfova (DGK İSM)
2. Fərid İsgəndərov (DGK İSM)
3. Ramil Rəsulzadə (ROM)
3. Elnur Əliyev (Lənkəran TİM)

65 kq
1. Sənan Hüseynov (“Tovuz” TK)
2. Mehdi Hüseynzadə (DGK İSM)
3. Mikayıl Şahbazov (“Gədəbəy” İK)
3. Cavad Rüstəmli (Gəncə)
 

writer photo
Əlirza Əlirzalı
0