AAAF-ın mətbuat katibi: “Hadisə baş verən an internetdə kəsilmə oldu”
15.04.2023 - 22:38
AAAF-ın mətbuat katibi: “Hadisə baş verən an internetdə kəsilmə oldu”

“Bayrağa qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik”.

APA xəbər verir ki, bu sözləri Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev bildirib.

Onun sözlərinə görə, təhlükəsizliyə cavab verən Ermənistanın baş verənlərə münasibəti qəbuledilməzdir:

“Bu onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər. Onların Azərbaycana qarşı nifrətləri var”.

Mətbuat katibi bildirib ki, hadisədən sonra ölkəni tərk etmək barədə qərar qəbul olunub.

“Baxmayaraq ki, Ermənistan hakimiyyəti, Avropa Ağır Atletika Federasiyası, Beynəlxalq Ağır Atletika Federasiyası hamısı bizi yarışda qalmağa dəvət edirdilər”, – deyə o bildirib.

Kənan Məstəliyev bildirib ki, bu hadisə bilərəkdən törədilib.

“Hadisə baş verən an internetdə kəsilmə oldu. Canlı yayımda bayrağın yandırılması epizodu göstərilmədi. Biz bunu qısa müddətdən sonra sosial şəbəkələrdə gördük”, – deyə o bildirib.

Kənan Məstəliyev bildirib ki, idmançıların yaşı və onların psixoloji vəziyyəti nəzərə alınaraq geriyə dönmək qərarı verilib:

"Biz yarış vaxtı daha çoxunu etmək niyyətində idik. Yarışa az qalmış Ermənistan yığması bizim məşq zalına gəldilər. Belə baş düşdüm ki, onlar bizim idmançıların qızıl medal qazanma şanslarını görüb belə bir hərəkət etdilər".

writer photo
Əlirza Əlirzalı
0