Misli Premyer Liqasının XV turunun "Kəpəz" - "Sabah" (0:2) matçından sonra Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bildirib.
Şükürov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Azarkeşlərimizə təşəkkür edirəm. Çünki hesabdan asılı olmayaraq, 90 dəqiqə bizə dəstək oldular. Çalışırıq ki, qısa müddətdə daha böyük işlər görək. Amma bilirsiz ki, alınan deyil. Vaxt lazımdır. Bəzi işlərdə artıq irəliləyişlər var. Komandamıza aqressivliyi gətirmişik. Sonluğumuz çatmır. Onu da gələcək matçlarda həll etməyə çalışacağıq. Futbolçularıma təşəkkür edirəm, çalışdılar, güclərini ortaya qoydular. Gələcək matçlara baxacağıq.
- İlk hissədə komandanız hücumda daha parlaq oyun göstərdi. Müdafiədə isə kobud səhvlər gördük. Bu problem nədən qaynaqlanır?
Komanda hücumda olursa, müdafiədə konsentrasiya itir. Belə şeylər olur. Çox bəsit qollar buraxdıq. Biz qol vurmalıydıq, qapımızda qol gördük. Futbolçularımızda konsentrasiya itdi.
- Vurğun Hüseynovun ehtiyatda qalmasının səbəbi nədir?
- Güvəndiyimiz futbolçudur. Ehtiyatdakıların hər biri belədir. Onların Hamısına şans verməyə çalışırıq. Təcrübəlidir. Üç gündən bir bu cür futbolçular üçün oynamaq çətindir. Bunları düşünürdük. Kritik vəziyyət olsaydı, Vurğunu fikirləşərdik. Biz qol vurmaq istəyirdik. İlk yarıda gözlənilməz qollar buraxdıq.
- Mate Kvirkviya və Martinsi əvəzləməyiniz nə ilə bağlı idi?
- Kubok matçında da oynamışdılar. Qarşıda "Qəbələ" ilə oyunumuz var. Buna görə də onları əvəzlədik.