Adil Şükürov: “Rəqib öz ustalığını göstərdi”
18.12.2023 - 16:54
Adil Şükürov: “Rəqib öz ustalığını göstərdi”

"Komandamız yaxşı mübarizə apardı”.

Apasport.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Sabah”la matçından (3:4) sonra görüş haqda fikirlərini açıqlayıb: “Azarkeşlərin görmək istədiyi futbolu oynamaq istəyirik. Rəqib bu gün öz ustalığını göstərdi. Gələcəyə baxacağıq. Artıq bizim üçün kubok bitib. Bundan sonra çempionatı düşünəcəyik".

- Əlavə vaxta hazırlaşmışdız?
- Hazır idik, futbolçularla bu haqda danışmışdıq. Əlavə vaxtda iki əvəzetmə etməyi planlaşdırırdıq.

- Hakimlik haqda fikirləriniz necədir?
- Məncə, normal hakimlik oldu. Oyunda bəzən hakimlərlə emosiomal danışırıq. Hakimlərin böyük səhvi yox idi.

- Əsas heyət oyunçularını ehtiyatda saxlamağınızın səbəbi nə idi?
- Bu, əvvəlki oyunlarda çox yüklənmələri ilə bağlı idi. Çünki zədələnə bilərdilər. Oyunçuları qorumaq istəyirdik. Heyətdə olan bütün futbolçulara inanırıq. Bizdə əsas heyət və ya ehtiyat söhbəti yoxdur.

- Adama Nianenin oyununu necə dəyərləndirirsiz?
- Uğurlu çıxış etdi. Zədədən sonra çox istəkli idi. O, istədiklərimizi edir. Cavad Kərimov da yaxşıdır. Sevindirici haldır ki, Cavad Niane kimi hücumçunun yanında nələrisə öyrənir.

writer photo
Əlirza Əlirzalı
0