AFFA-dan CƏZALAR
23.12.2022 - 13:31
AFFA-dan CƏZALAR

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.

“Qəbələ” – “Qarabağ” matçında meydan sahiblərinin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Neftçi”– “Zirə” oyununda meydan sahiblərinin 6 futbolçusu xəbərdarlıqla cəzalandığı üçün klub 800 manat cərimələnib. Qonaqların ikinci sarı vərəqəyə görə qırmızı alan futbolçuları Təmkin Xəlilzadə və Hacıağa Hacılının cəzası eyni olub. Hər iki futbolçu 1 oyun cəzalandırılıb və klubu 200 manat cəriməyə məruz qoyub.

“Turan Tovuz” – “Kəpəz” oyununda meydan sahiblərinin qapıçısı Tərlan Əhmədli ikinci sarı vərəqə aldığına görə eyni cəzaya layiq görülüb. Azarkeşlər tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə “Turan Tovuz” 4000 manat cərimə edilib. Meydançaya kənar əşyaların atılması tovuzluları daha 1600 manat ziyana salıb. Kənar şəxslərin meydançaya daxil olmasına görə də eyni cərimə ödənilməlidir. Azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi klubu 800 manat xərcə salıb.

“Kəpəz” də azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə 4000 manat cərimələnib. Qırmızı vərəqə alan Mate Kvrikvia 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib. Gəncə klubunun azarkeşləri tərəfindən stadiona dəymiş ziyan (oturacaqların sındırılması) da “Kəpəz” tərəfindən tam ödənilməlidir.
 

writer photo
Əlirza Əlirzalı
0