AFFA-dan yığmanın baş məşqçisinə yeni 2 illik təklif
20.06.2022 - 17:18
AFFA-dan yığmanın baş məşqçisinə yeni 2 illik təklif

21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Milan Obradoviç daha 2 il Azərbaycanda çalışa bilər.

Apasport.az saytının məlumatına görə, AFFA 2019-cu ildən yığmanı çalışdıran serbiyalıya yeni müqavilə təklif edib.

U-21 onun rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış edib. Komandamız qrupu 7 xalla 5-ci sırada bitirib. Yığmamız bu nəticə ilə yalnız Estoniyanı qabaqlayıb (sportinfo.az).
 

writer photo
Əlirza Əlirzalı
0