AFFA hakimlərə təşəkkürnamə verib
22.08.2024 - 17:36
AFFA hakimlərə təşəkkürnamə verib

AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən seminardan sonra hakimlərə təşəkkürnamə paylanılıb.

Apasport.az xəbər verir ki, gün ərzində seminarda iştirak edən hakimlərin nəzəri-praktik, eləcə də fiziki hazırlığı qiymətləndirilib.

Sonda iştirakçılara AFFA Hakimlər Departamentinin təşəkkürnamələri təqdim olunub.

Qeyd edək ki, avqustun 19-dan 22-dək keçirilən seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik ediblər.

writer photo
Əlirza Əlirzalı
0