AFFA İntizam Komitəsinin iclası keçirilib
27.02.2024 - 21:19
AFFA İntizam Komitəsinin iclası keçirilib

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, müzakirələrdən sonra bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-14 Qızlar Liqasının "Ümid" (Gəncə) – "Gəncə İdman Liseyi" oyunu "Gəncə İdman Liseyi" komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün "Gəncə İdman Liseyi" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Qızlar Liqasının "Kəpəz" PFK – "Şəmkir" PFK oyunu "Şəmkir" PFK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün "Şəmkir" PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının "Neftçi PFK-Şəmkir FK" oyunu "Şəmkir" PFK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün "Şəmkir" PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının "Balxurma" (Balakən) – "Baku Juniors" oyunu "Balxurma" komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün "Balxurma" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının "Araz-Naxçıvan PFK-Olimpiya (Ağcabədi)" oyunu "Olimpiya" komandasının heyətində limitə uyğun yetərsay olmadığına görə baş tutmadığı üçün "Olimpiya" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

writer photo
Əlirza Əlirzalı
0