AFFA "Kəpəz"i cəzalandırdı: 10 ev oyununu azarkeşsiz keçirəcək
10.05.2024 - 14:17
AFFA "Kəpəz"i cəzalandırdı: 10 ev oyununu azarkeşsiz keçirəcək

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

08.05.2024-cü il tarixində I Liqada XXV turun “İrəvan” – “Difai Ağsu” oyunu “İrəvan” klubunun formasında qüsurlar olması səbəbindən 7 dəqiqə gec başladığına görə “İrəvan” klubu 80 manat cərimə edilir (maddə 75.6);

09.05.2024-cü il tarixində I Liqada XXV turun “Şamaxı” – “Karvan” oyununun 10-cu dəqiqəsində “Karvan” klubunun 9 nömrəli futbolçusu Budaq Nəsirov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Karvan” klubu 300 manat cərimə edilir (maddə 43.3);
 
09.05.2024-cü il tarixində I Liqada XXV turun “Mingəçevir” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);
 
09.05.2024-cü il tarixində I Liqada XXV turun “Mingəçevir” – “Zaqatala” oyununun 90-cı dəqiqəsində “Zaqatala” klubunun baş məşqçisi Rüstəm Məmmədov texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zaqatala” klubu 150 manat cərimə edilir (maddə 42.3);
 
09.05.2024-cü il tarixində I Liqada XXV turun “İmişli” – “Qaradağ Lökbatan” oyununda “İmişli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir (maddə 37);
 
09.05.2024-cü il tarixində I Liqada XXV turun “İmişli” – “Qaradağ Lökbatan” oyununun 42-ci dəqiqəsində meydançaya atılan kənar əşyanın hakimə dəyməsi nəticəsində oyunda 10 dəqiqə fasilə yarandığına görə “İmişli” klubu 500 manat cərimə edilir, “İmişli” klubuna xəbərdarlıq edilir (maddə 52.3, 32);
 
09.05.2024-cü il tarixində I Liqada XXV turun “İmişli” – “Qaradağ Lökbatan” oyununda  meydançaya kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);
 
06.05.2024-cü il tarixində II Liqada XXIV turun “Qusar” – “Baku Sportinq” oyununun 85-ci dəqiqəsində “Qusar” klubunun 15 nömrəli futbolçusu Firudin Ağalarov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
06.05.2024-cü il tarixində II Liqada XXIV turun “Kürmük Qax” – “Şəmkir” oyununun 29-cu dəqiqəsində “Kürmük Qax” klubunun 9 nömrəli futbolçusu Nail Təhməzli təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Kürmük Qax” klubu 300 manat cərimə edilir (maddə 40.3);
 
07.05.2024-cü il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 63-cü dəqiqəsində “Şəfa” klubunun 44 nömrəli futbolçusu Ramiz Qasımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şəfa” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
07.05.2024-cü il tarixində II Liqada XXIV turun “Göygöl” – “Füzuli” oyununda “Göygöl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilir (maddə 37);
 
07.05.2024-cü il tarixində II Liqada XXIV turun “Göygöl” – “Füzuli” oyunu “Füzuli” klubunun formasında qüsurlar olması səbəbindən 7 dəqiqə gec başladığına görə “Füzuli” klubu 80 manat cərimə edilir (maddə 75.6);
 
8 may 2024-cü il AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Qəbələ” İK oyununda “Kəpəz” PFK komandasının heyətində N5 futbolçu Yəhya Muradov qarşılaşmanın 78-ci dəqiqəsində rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır (maddə 43.1);
 
8 may 2024-cü il AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Qəbələ” İK oyununda “Kəpəz” PFK komandasının heyətində N10 futbolçu Tunar Əfəndiyev qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır (maddə 43.3);
 
8 may 2024-cü il AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Qəbələ” İK oyunu bitdikdən sonra “Kəpəz” PFK komandasının heyətində N11 futbolçu Cavanşir Əliyev rəqib komandanın futbolçularını vurduğuna görə 6 oyun cəzalanır. Bu cəza bütün liqalara şamil edilir (maddə 40.3, 1);
 
8 may 2024-cü il AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Qəbələ” İK oyunu bitdikdən sonra “Kəpəz” PFK komandasının heyətində N24 futbolçusu Rahib Qurbanov rəqib komandanın futbolçularını vurduğuna görə 6 oyun cəzalanır. Bu cəza bütün liqalara şamil edilir (maddə 40.3, 1);
 
8 may 2024-cü il AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Qəbələ” İK oyunu bitdikdən sonra "Kəpəz" PFK U-16 komandasının 2 azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurduğuna görə, uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq “Kəpəz” PFK U-16  komandası 500 manat cərimə edilsin. “Kəpəz” PFK U-16-nın növbəti 10 ev oyunu azarkeşsiz keçirilsin (maddə 1);
 
9 may 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilməli olan “Turan Tovuz” FK – “Masallı” PFK qarşılaşması “Masallı” PFK komandası təyin olunan vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə “Masallı” PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
07.05.2024-cü il tarixində futzal üzrə Azərbaycan Kubokunun finalında “Araz-Naxçıvan” – “Baku Fire” oyununda “Araz-Naxçıvan” komandasının oyunçusu Emil Həsənzadə oyunun 44-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5).

writer photo
Əlirza Əlirzalı
0