Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının II turunda baş verənlər müzakirə olunub.
“Araz-Naxçıvan”la qarşılaşmada təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov 2 oyun cəzalanıb. Onun klubu 2000 manat cərimə edilib.
“Neftçi” ilə səfər matçında “Səbail” 2-ci hissəyə gec çıxdığına görə 1500 manat cərimələnib. 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 700 manat ziyana düşüb. “Səbail”in baş məşqçisinin köməkçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə 2-si şərti olmaqla 4 oyun cəzalanıb. O, klubunu 3500 manat xərcə salıb. Sınaq müddəti 3 ay təyin olunub. “Neftçi”nin baş məşqçisi Adrian Mutu “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “ağ-qaralar” 500 manat ödəyəcək.