AFFA legioner limitini və əvəzetmə sayını müzakirə edəcək
28.05.2022 - 13:03
AFFA legioner limitini və əvəzetmə sayını müzakirə edəcək

Mayın 31-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Apasport.az saytının məlumatına görə, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutacaq görüş saat 17:00-da start götürəcək.

İclasın Gündəliyinə daxil olunan məsələlər bunlardır:

1. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin müzakirəsi;

2. AFFA-nın Lisenziya Komissiyasının müvafiq qərarına uyğun olaraq, “Turan Tovuz” və “Kəpəz”in 2022/23 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etməsinin təsdiqi;
 
3. 2022/23 mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının müzakirəsi;
 
4. İntizam Komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi;
 
5. Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi;

6. Digər məsələlər.

writer photo
Əlirza Əlirzalı
0