AFFA-nın baş katibi: “Bir neçə müraciət aldıq”
02.08.2022 - 10:24
AFFA-nın baş katibi: “Bir neçə müraciət aldıq”

“Bir müddət öncə Azərbaycan Premyer Liqasının titul sponsorluğu ilə bağlı ictimaiyyətə AFFA və PFL-in birgə məlumatı açıqlanmışdı. Bundan sonra bir neçə şirkətdən müraciət aldıq. Lakin “Misli” şirkətinin məsələyə dərhal, operativ və daha fəal reaksiysıa əməkdaşlığın məhz bu yöndə olmasını şərtləndirən amillərdən oldu”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Gənc futbol funksioneri “Misli” brendinin Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün baş sponsoru olması ilə bağlı affa.az-a açıqlama verib: “İlk növbədə, AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından “Misli” şirkətinə “ölkə futboluna xoş gəlmisiniz” demək istəyərdim. Azərbaycan futboluna dəstək olduqlarına, futbolumuzun inkişafına öz töhfələrini verdiklərinə görə şirkətin rəhbərliyinə təşəkkür edirik. Əminəm ki, ən qısa zamanda bu əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik”.

Qeyd edək ki, AFFA bir gün öncə Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendinin Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün baş sponsoru olduğunu açıqlayıb.

writer photo
Əlirza Əlirzalı
0