AFFA-nın baş katibindən xəbərdarlıq: Aşağı dəstəyə düşəcək
07.03.2023 - 13:58
Misli Premyer Liqasında sonuncu yeri tutacaq komanda I diviziona yuvarlanacaq.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.
Qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran funksioner bildirib ki, Premyer Liqada komanda sayı artırılmayacaq. Bu üzdən sonuncu – 10-cu yeri tutan klub aşağı dəstəyə düşəcək. I divizionun qalibi isə Premyer Liqaya vəsiqə qazanacaq.
Qeyd edək ki, hazırda Premyer Liqada sonuncu sırada “Səbail” qərarlaşıb.
0
0