AFFA onları cəzalandırdı
12.01.2024 - 17:29
Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar.
Apasport.az xəbər verir ki, bu, AFFA Region Liqası matçına təsadüf edib.
“Balakən” – “Goranboy Qala” görüşünün 57-ci dəqiqəsində Ariz Teymurlu ilə Xəyal Qasımov əlbəyaxa olduqları üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıblar.
AFFA U-13 Liqasının EFA ilə görüşündə hakimi təhqir edən “Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənli isə 3 oyunluq cəza alıb.
0
0