AFFA “Səbail” və “Kəpəz”i cəzalandırıb
02.12.2022 - 17:11
AFFA “Səbail” və “Kəpəz”i cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XV turunda baş verənlər müzakirə olunub.

“Neftçi” ilə səfər oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Səbail” 800 manat cərimə edilib. “Şamaxı” - “Kəpəz” matçında meydan sahiblərinin 5, qonaqların 6 futbolçusu cəzalandığı üçün hər iki klub eyni məbləğdə cərimələnib.

writer photo
Əlirza Əlirzalı
0