AFFA seminar keçirib
13.05.2024 - 10:13
AFFA seminar keçirib

AFFA tərəfindən UEFA-nın Elit-məşq layihəsinin regionlarda fəaliyyət göstərən məşqçiləri üçün seminar keçirilib.

Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan seminara Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov başçılıq edib.

Sloveniya millisinin sabiq futbolçusu Milenko Açimoviç ilk iki gündə UEFA nümayəndəsi kimi təlim-məşq toplanışında iştirak edib. O, Y.Hüseynovla birlikdə regionlardan gələn məşqçilərlə Azərbaycan futbolunun gələcək inkişafı haqqında müzakirə aparıb. M.Açimoviç UEFA-nın gələcəkdə Azərbaycanda keçirilən Elit-məşq layihəsinə dəstək verməkdə davam edəcəyini bildirib.

Elit-məşqin son günündə layihədə iştirak edən futbolçular arasında ikitərəfli oyun keçirilib.

writer photo
Əlirza Əlirzalı
0