“Ağ-qaralar” antirekorda imza atıb
04.04.2024 - 17:57
“Ağ-qaralar” antirekorda imza atıb

“Neftçi” Azərbaycan kubokunda ən böyükhesablı məğlubiyyətini alıb.

Apasport.az xəbər verir ki, bu, 1/2 finalın “Qarabağ”la ilk matçına təsadüf edib.

Bakılılar bunadək kubokda yalnız bir dəfə böyük hesabla uduzub. 2009/10 mövsümündə “ağ-qaralar” “İnter”ə 0:3 hesabı ilə uduzub.

“Neftçi” 14 mövsümdən sonra aldığı böyükhesablı məğlubiyyətlə yenə ev matçında üzləşib. Amma bu dəfə üç deyil, dörd top fərqlə uduzan paytaxt təmsilçisi ən ağır yenilgisinə üzülüb.

writer photo
Əlirza Əlirzalı
0