“Sabah”da daha bir futbolçu ilə bağlı qərar verilib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Aleksey İsayevlə yeni müqavilə imzalanıb.
26 yaşlı orta sahə oyunçusu 2023-cü ilin yayına qədər olan sözləşməsini daha 2 illik uzadıb. Azərbaycan millisinin üzvü artıq 2025-ci ilin mayına qədər “Sabah”a məxsusdur. Futbolçu 2020-ci ilin iyulundan bu komandanın uğurları üçün çalışır. O, bu müddətdə komandanın heyətində 50 oyunda 7 qol vurub.
Qeyd edək ki, yay fasiləsində “Sumqayıt”dan Tellur Mütəllimovu transfer edib, hələlik Slavik Alxasov, Şpiro Periçiç və Xulio Sezar Rodrigeslə yollarını ayıran “Sabah” Boyan Letiçlə də yeni müqavilə imzalayıb.