Qış fasiləsində "Qarabağ"a transfer olunan Azərbaycan millisinin futbolçusu Aleksey İsayev sabiq komandası "Sabah" ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu bu barədə sosial media hesabında paylaşım edib.
O, Masazır təmsilçisində bərabər çalışdığı əməkdaşlara təşəkkür edib: "İndi hiss etdiklərimi söyləməyin vaxtıdır. Təəssüf ki, bir az gec oldu. Sadəcə hər şeyi sözlə necə ifadə edəcəyimi bilmirəm. "Sabah"a keçidimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Allah hamınızı qorusun. Bu 4 il bir anda ötüb keçdi. Həm sevincli, həm də kədərli anlar oldu. Biz bunların hamısını birlikdə keçdik. Meydandakı hər bir komanda yoldaşıma da minnətdaram. Sizinlə oynamaq mənim üçün şərəf idi. Murad Musayevin rəhbərlik etdiyi məşqçilər korpusuna xüsusi təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Aleksey İsayev Ağdam klubu ilə 3,5 illik sözləşmə imzalayıb.