"Alpin" komandasının pilotunun bolidində problem aşkarlandı, avtomobili dayandı
14.09.2024 - 12:53
"Alpin" komandasının pilotunun bolidində problem aşkarlandı, avtomobili dayandı

"Alpin" komandasının pilotu Esteban Okonun Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

Apasport.az xəbər verir ki, üçüncü sərbəst yürüş zamanı sürücünün avtomobili trasda dayanıb.

Buna onun bolidində aşkarlanan problem səbəb olub.

Hadisə nəticəsində qırmızı bayraq qaldırılıb.

 

writer photo
Əlirza Əlirzalı
0