“Araz-Naxçıvan” klubu braziliyalı futbolçu Karlos Jatobanı transfer edib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu tibbi müayinədən keçib və müddəti 2024/2025 mövsümünün sonuna qədər olan müqaviləyə imza atıb.
Onun sonuncu klubu Rumıniya “Politexnika Lasi”si olub. İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “San Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” K.Jatobaya qədər Tərlan Əhmədli, Urfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadəni heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Küzmanoviç ilə müqaviləni yeniləyib.