"Araz-Naxçıvan" Ərzurumda 2 yoxlama oyunu keçirəcək
17.07.2024 - 10:55
Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” klubunun yoxlama matçı keçirəcəyi rəqiblərin adına aydınlıq gəlib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi iyulun 21-də Küveytin “Əl-Ərəbi” klubu ilə gücünü sınayacaq.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda daha sonra Özbəkistanın “Soqdiana” klubunu sınağa çəkəcək. Bu görüş iyulun 24-də baş tutacaq.
Qeyd edək ki, “qırmızı-ağlar” toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək və 2 günlük istirahətdən sonra “Qarabağ”la oyunun hazırlığına başlayacaq.
0
0