!["Araz-Naxçıvan" "Qarabağ"ın hegemonluğuna son qoydu](https://ww3.apasport.az/storage/news/2024/december/09/big/675695fe9a0d2675695fe9a0d31733727742675695fe9a0d0675695fe9a0d1.jpg)
"Araz-Naxçıvan" tarixdə ilk dəfə Azərbaycan çempionatında turu birinci pillədə başa vurub.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XVI turunda gerçəkləşib.
Naxçıvan təmsilçisi “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan klubu turu zirvədə bitirib.
Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.
Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.