“Araz-Naxçıvan”ın legioneri: "Məqsədimiz Avropaya getməkdir" - Müsahibə
13.09.2024 - 12:06
“Araz-Naxçıvan”ın legioneri: "Məqsədimiz Avropaya getməkdir" - Müsahibə

“Araz-Naxçıvan”ın braziliyalı legioneri Felipe Santos apasport.az saytına müsahibə verib.

- Milli komandanın fasiləsi sizin üçün necə alındı? Ən çox hansı detallar üzərində işləmisiniz? Sizcə, geridə qalan 5 turda “Araz-Naxçıvan”ın əsas mənfi cəhəti nə olub?
- Oyunlardakı fasilə bizim üçün pis oldu. Çünki biz rəqabətdə güclənirik. Fasilənin olması isə pisdir. Amma bu müddət ərzində çox çalışdıq, yoldaşlıq oyunu keçirdik. Həqiqətən də, yaxşı çıxış etdik və qalib gəldik. Hədəfimiz hər matçda daha çox uğur qazanmaqdır. Uduzduğumuz ilk görüş çətin oldu. Çünki çox keyfiyyətli rəqiblə qarşılaşdıq, buna baxmayaraq yaxşı oyun göstərdik. Sonrakı 3 oyunda öz oyunumuzu oynadıq. Klubdan böyük gözləntilər var.

- “Araz-Naxçıvan” hazırda 4-cü pillədə qərarlaşıb. Bu nəticə sizi qane edir, yoxsa daha çox yüksəlmək istəyirsiniz?
- Biz yuxarıya baxırıq, hər oyunla daha çox uğur istəyirik və bilirik ki, hər oyun vacib olacaq. Bu mövsüm azarkeşləri təəccübləndirmək istəyirik və buna nail olmaq üçün hər şeyi edəcəyik.

- Sizcə, “Araz-Naxçıvan” avrokuboklar uğrunda mübarizə apara biləcəkmi? Komandanızın güclü olduğunu düşünürsünüz?
- Yaxşı vaxt keçiririk, müsbət ardıcıllığı mümkün qədər uzun müddət davam etdirmək üçün böyük futbolçu heyəti yığılıb. Məqsədimiz də aydındır, Avropaya getmək. Bunun baş verməsi üçün mümkün qədər uğur qazanmaq istəyirik. Ümid edirəm ki, 2025-ci ilin mayında biz bu məqsədə çatmağımızı qeyd edə biləcəyik.

- Yeri gəlmişkən, fasilə zamanı Azərbaycan millisinin İsveç və Slovakiya ilə oyunlarına baxmısan? Azərbaycan millisi əvvəlki illərlə müqayisədə güclənib, yoxsa zəifləyib?
- Bunu demək çətindir, yalnız onlar nə baş verdiyini bilir. Azərbaycanda yaxşı oyunçular var, amma onlar bir-birinə uyğunlaşa bilmir. Onlara daha çox şey lazımdır. Milli komanda Azərbaycan çempionatından fərqlidir.

-  “Araz-Naxçıvan” “Kəpəz”lə qarşılaşacaq. Sizcə, “Kəpəz”i məğlub edə biləcəksiniz?
- Çətin matç olacaq. Amma diqqətimizi cəmləmişik. Əlimizdən gələni edəcəyik. Evdə oynayacağıq və 3 xal axtarışına çıxacağıq.

- Sizcə, əvvəllər oynadığınız “Şamaxı”, “Qəbələ”, yoxsa “Araz-Naxçıvan” daha güclüdür?
- İnanıram ki, “Araz-Naxçıvan”ın “Qəbələ”dən daha yaxşı heyəti var. Çünki ehtiyat skamyamızda yetərincə oyunçu var. Ona görə də heyətdən çox razıyam. Əminəm ki, “Qəbələ”dəkindən daha yaxşı kampaniya aparacağıq.

- Hazırda “Neftçi”də məşqçi işləyən Sənan Qurbanovla danışırsan? Onunla “Araz Naxçıvan” – “Neftçi” görüşünün fasiləsində danışırdınız. Vurduqları qol haqda matçdan sonra söhbət etdiniz?
- Məşqçi ilə yalnız oyundan əvvəl danışdım və onu bir daha görmədim. O da bilir, hamı da bilir ki, onlar düzgün etmədilər. Biz qələbəyə layiq idik və ən yaxşı oyunu oynadıq. Lakin onlar ədalətli oyuna inandıqlarını söyləsələr də, bunu etmədilər. Amma futbol sizə həmişə dəyişmək imkanı verir.

writer photo
Əlirza Əlirzalı
0