"Araz-Naxçıvan"ın "Soqdiana" ilə görüşü ləğv olunub
21.07.2024 - 15:45
"Araz-Naxçıvan"ın "Soqdiana" ilə görüşü ləğv olunub

Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Araz-Naxçıvan”ın oyun təqvimində dəyişiklik edilib.

Apasport.az xəbər verir ki, komanda “Al Arabi” (Küveyt) ilə iyulun 24-də qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Əvəzində Özbəkistanın “Soqdiana” klubu ilə planlaşdırılan matç baş tutmayacaq. Özbəklərin Türkiyədəki toplanışı alınmayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” yoxlama oyununda “Alanyaspor”a (1:1) heç-heçə oynayıb.

writer photo
Əlirza Əlirzalı
0