Avropa çempionatı Bakıya verildi
16.07.2022 - 14:33
Avropa çempionatı Bakıya verildi

Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.

Apasport.az saytının Avropa Gimnastikasının mətbuat xidmətinə istinadən məlumatına görə, turnir Moskvadan alınaraq Bakıya verilib.

Avropa çempionatı 2023-cü il 17-21 may tarixlərində Bakıda baş tutacaq.

Qeyd edək ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarus idmançılarının qurumun himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

writer photo
Əlirza Əlirzalı
0