Polşada təşkil olunan III Avropa Oyunlarında karate yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan karateçiləri yarışı 2 qızıl və 1 bürünc medalla başa vurublar.
Qızıl medalları komandamıza Tural Ağalarzadə (67 kq) və İrina Zaretska (68 kq) qazandırıblar. Asiman Qurbanlı (+84 kq) isə üçüncü olub.
Üç medalla Azərbaycan millisi 33 ölkənin qatıldığı yarışda ikinci sıraya şərik olub. Komandamız kimi İspaniya yığmasının da hesabında 2 qızıl, 1 bürünc medal var. Siyahıya Ukrayna başçılıq edir. Onlar 2 qızıl, 1 gümüş və 1 bürünc mükafat əldə ediblər.
Karate yarışlarında, ümumilikdə 22 ölkədən idmançılar mükafatçılar sırasında yer alıblar.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 14 növ üzrə 101 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.
1 |
Ukrayna |
2 |
1 |
1 |
4 |
3 |
2 |
Azərbaycan |
2 |
0 |
1 |
3 |
5 |
2 |
İspaniya |
2 |
0 |
1 |
3 |
5 |
4 |
Almaniya |
2 |
0 |
0 |
2 |
7 |
5 |
Türkiyə |
1 |
1 |
4 |
6 |
2 |
6 |
Albaniya |
1 |
0 |
0 |
1 |
11 |
6 |
Avstriya |
1 |
0 |
0 |
1 |
11 |
6 |
Xorvatiya |
1 |
0 |
0 |
1 |
11 |
9 |
İtaliya |
0 |
3 |
4 |
7 |
1 |
10 |
Yunanıstan |
0 |
2 |
2 |
4 |
3 |
11 |
Fransa |
0 |
1 |
1 |
2 |
7 |
11 |
İsveçrə |
0 |
1 |
1 |
2 |
7 |
13 |
Bolqarıstan |
0 |
1 |
0 |
1 |
11 |
13 |
Niderland |
0 |
1 |
0 |
1 |
11 |
15 |
Polşa |
0 |
0 |
2 |
2 |
7 |
16 |
Ermənistan |
0 |
0 |
1 |
1 |
11 |
16 |
Belçika |
0 |
0 |
1 |
1 |
11 |
16 |
Kipr |
0 |
0 |
1 |
1 |
11 |
16 |
Gürcüstan |
0 |
0 |
1 |
1 |
11 |
16 |
Lüksemburq |
0 |
0 |
1 |
1 |
11 |
16 |
Portuqaliya |
0 |
0 |
1 |
1 |
11 |
16 |
Rumıniya |
0 |
0 |
1 |
1 |
11 |