“Mən Polşada keçirilən Avropa Oyunlarındakı mübarizəmə çox yaxşı başladım”.
Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin karateçisi İrina Zaretska deyib.
Krakov-2023 III Avropa Oyunlarında qrup mərhələsini üç qələbə ilə başa vuran idmançımız çıxışını dəyərləndirib: “İlk görüşlərimin hamısını qələbə ilə başa vurdum. Belə də davam etmək istəyirəm. Fikrimcə, nəticələrim çox yaxşıdır”.
Zaretska əsas hədəfini açıqlayıb: “İndi isə qarşımda əsas məqsəd finalda da rəqiblərimi məğlub edərək, qələbə qazanmaqdır. Bunun üçündə əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, İrina yarımfinala vəsiqə ilə yarışın medallarından birini təmin edib.