Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"
10.12.2023 - 20:35
Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"

"Çətin və maraqlı oyun oldu. Hesabda geri düşsək də, qolları vurduq. Hər qoldan sonra hesabda önə çıxa bilərdik. Amma imkanlardan yaxşı istifadə edə bilmədik. İkinci hissədə 11-ci dəqiqədə rəqib ilk dəfə cərimə meydançamıza daxil oldu. Təəssüf ki, qol buraxdıq. Bu gün ustalıq qalib gəldi. "Qəbələ" ilə matçı çıxsaq, rəqiblərlə başabaş oynamışıq. Davam etmək lazımdır. Bilirdik ki, çətin olacaq. Yeni gələnlər var. Amma oyundan-oyuna yaxşılığa doğru gedirik. Təslim olmaq olmaz. Ruhdan düşsək, çətin olacaq. Futbolçuların arxasındayıq, birlikdə bu durumdan çıxacağıq". Apasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

“Turan Tovuz”un baş məşqçisi oyunla bağlı fikirlərini bölüşəndən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Komanda əks-hücumlardan oynasaydı, hesab başqa cür alınardı?

- Mən futbola hücum, əks-hücum kimi yanaşmıram. Mövsümün əvvəlində demişdim ki, bu il oyunu otuzdurmaq lazımdır. Amma çətin olacaq. Oyunu otuzdurmaq istəyiriksə, boşluqlar olacaq. Qol epizodlarına giririk, istifadə edə bilmirik. Qollar buraxırıq. Əks-hücum, müdafiə oynasaydıq...Bunu özümüzə yaxın buraxmıram. Bəzi mövqelər var, orada ya futbolçular artırmalıdır, ya da gələcəkdə ora uyğun oyunçular tapmalıyıq.

- Üçüncü qol sanki ofsayddan vuruldu. Siz necə düşünürsüz?

- Hakimlik haqda danışmaq istəmirəm. Bu gün eşidirəm, hakim deyir VAR-dakı bildirdi ki, top başqasından çıxıb. Niyə VAR-dakı deyir bunu? Autu da səhv verirlər. Başa toxunuş varsa, dərhal matç dayanmalıdır. Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi. VAR-da olan hakim yəqin xətti çəkib.

- Komandadan göndəriləcək futbolçuların siyahısını hazırlamısız?

Bu dəqiqə hər kəsin müqaviləsi var. kiməsə rahat demək olmur ki, getmək lazımdır. Son oyunlardan sonra fikirləşəcəyik. Güclənmək lazımdır.

writer photo
Əlirza Əlirzalı
0