“Sabah”ın futbolçusu Veysəl Rzayev icarəyə verilib.
Apasport.az saytına verilən məlumata görə, U-21 yığmamızın aparıcı üzvü olan yarımmüdafiəçinin “Şamaxı”ya keçidi gündəmdə olsa da, o, “Turan Tovuz”da qalıb. Belə ki, Ayxan Abbasovun "Şamaxı"da görmək istədiyi futbolçu daha bir il Tovuz klubunda icarədə oynayacaq.
Ayxan Abbasov sabiq tələbəsini yeni komandada sərəncamında görmək istəsə də, bu mümkün olmayıb. Veysəl qarşıdakı sezona məhz “Turan Tovuz”da başlayacaq.
21 yaşlı futbolçu 2023/2024 sezonunu da icarə əsasında Tovuz klubunda keçirmişdi.
Qeyd edək ki, Rzayevin “Sabah”la hələ bir illik müqaviləsi qüvvədədir.