Azər Bağırovun köməkçiləri bəlli olub
04.09.2024 - 12:12
Azər Bağırovun köməkçiləri bəlli olub

"Kəpəz" komandasında baş məşqçi Azər Bağırovun köməkçiləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, Zaur Əsədov və Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.

Qeyd edək ki, "Kəpəz" sentyabrın 1-də Azər Bağırovla ikiillik müqavilə imzalandığını açıqlayıb.

writer photo
Əlirza Əlirzalı
0