Azərbaycan badmintonçularının Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri müəyyənləşib
12.07.2024 - 22:17
Azərbaycan badmintonçularından Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında şəxsi kateqoriyada qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, kişilərin mübarzəsində Edi Reski Dviçayo E qrupunda Anders Antonsen (Danimarka) və Kollins Filimonla (Avstriya) qarşılaşacaq.
Qadınların yarışında isə Keişa Fatimə Zəhra N qrupunda He Bin Çzyao (Çin) və Kirsti Qilmorla (Böyük Britaniya) üz-üzə gələcək.
Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.
0
0