Azərbaycan Basketbol Liqasında I turun cədvəli açıqlandı
23.10.2023 - 12:44
Azərbaycan Basketbol Liqasında I turun cədvəli açıqlandı

Azərbaycan Basketbol Liqasında 1-ci turun oyun cədvəli açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb. 

Matçlar oktyabrın 27-29-da keçiriləcək. Baş tutacaq qarşılaşmalar “CBC Sport”un yutub kanalında canlı yayımlanacaq.

27 oktyabr
19:30. “Neftçi İK” – “Xəzri BK”

Sərhədçi İdman Mərkəzi

28 oktyabr
15:00. “Xırdalan BK” – “Olimpik Şəki”

Sərhədçi İdman Mərkəzi

15:00. “NTD İndigo” – “Sumqayıt BK”
Xaçmaz Olimpiya Kompleksi

29 oktyabr
18:00. “Gəncə BK” – “Sabah BK”

Sərhədçi İdman Mərkəzi

Qeyd edək ki, turun ilk görüşü “Sərhədçi PİK”lə “Cəlilabad BK” komandaları arasında baş tutub. Oyun qonaqların 86:76 hesablı qələbəsi ilə başa çatıb.
 

writer photo
Əlirza Əlirzalı
0