19 yanvarda U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı keçirilib.
Federasiyadan apasport.az-a verilən məlumata görə, yarışlarda 8 komandadan 72 idmançı medallar uğrunda mübarizə aparıb.
Yarışın final görüşü Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ilə "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi arasında keçirilib.
"Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Bakı şəhəri 13 nömrəli İOEUGİM 2 və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi üçüncü yerləri bölüşüblər.
Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:
1. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
2. Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
3. Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 2
3. Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
5. Neftçi İdman Klubu
5. Gəncə - Daşkəsən Regional Gənclər və İdman İdarəsi
7. Bakı şəhəri 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
7. Gömrükçü İdman Sağlamlıq Mərkəzi