Azərbaycan çempionatına yekun vuruldu
29.12.2023 - 09:35
Azərbaycan çempionatına yekun vuruldu

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına yekun vurulub. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yarış böyük yaş qrupu üzrə idmançıların mübarizəsi ilə başa çatıb. 

Bakı İdman Sarayında keçirilən çempionatın son günündə qadın və kişi taekvondoçular arasında 16 dəst medal öz sahibini tapıb.  

Komanda hesabında “Təhsil” RİM (Sumqayıt) birinci yeri tutub. İkinci yerdə Ağcabədi OİK, üçüncü pillədə “Gömrükçü” İC qərarlaşıb. Onlardan sonra “Neftçi” İK və “Xəzər” TK yer alıblar. 

İlin perspektivli məşqçiləri adına Cəlil Abdullayev, Hüseyn Mehrəliyev, Sadiq Ağayev, Günay Zeynalova, Zahid Nadirov, İmran Zalov və Zahid Nadirov layiq görülüblər. 

Yarışın ən yaxşı hakimi Ramal Əskərov, Vasif Qurbanov və Dilarə Həsənova seçiliblər. Rza Məcidovla Bəsti Quliyeva isə ilin ən fəal həkimi nominasiyasının qalibi olublar. 

Qeyd edək ki, daha öncə ölkənin ən güclü yeniyetmə və gənc taekvondoçuları bəlli olub. Həmçinin parataekvondoçuların seçim turniri keçirilib.

Böyüklər arasında ölkə çempionatının müjafatçılarını təqdim edirik:

Kişilər 
54 kq

1. Səyyad Dadaçov  (MOİK)
2. Rahid Vəliyev  (Masallı)
3. Hətəm Həsənli  (Atilla TK)
3. Xıdır Məmmədov  (Təhsil  RİM 6 saylı İEOUGİM)
58 kq
1. Ruslan Seyidov  (Gömrükçü  İK)
2. Malik Abbasov  ((Gömrükçü  İK)
3. Yusif Qurbanov  (Lənkəran  TİM)
3. Adil  Eyvazov  (Təhsil  RİM Sumqayıt)
63 kq
1. Riyad Şirəliyev  (Fərasət  TK)
2. Pərviz İskəndərova  (MOİK)
3. Rahil Yusifov  (Qazax)
3. Fərid Əmirəliyev  (Qafqaz TK)
68 kq
1. Yaşar Məmmədli  (Neftçi  İK)
2. Vaqif Hacıyev  (Ağsu)
3. Xanlar  Xanəhmədov  (Quba Xaçmaz  RGİİ)
3. Vüqar Bağırov  (Alpman  TK)
74 kq
1. Cavad Ağayev  (MOİK)
2. Ələsgər Əliyev  (Gömrükçü İK)
3. İsmət İsrafilzadı  (Qafqaz  TK)
3. Nicat İsmayılzadə  (Gömrükçü  İK)
80 kq
1. Eltac Qafarov  (DİN  İC)
2. Xan Məmmədov  (DİN  İC)
3. Rəvan Məmmədov  (Cəsur  TK)
3. Nihat Həşimov  (DİN  İC)
87 kq
1. Taleh Süleymanov  (MOİK)
2. Vüsal Balaqadaşov  (Xəzər PİK)
3. Hüseyn Əlizadə  (DİN  İC)
3. Əli İsmayılov  (Gömrükçü  İK)
+87 kq
1. Milad Beigi Hərçəqani  (FHN İSK)
2. Həmidreza  Badrialiabadi  (FHN  İSK)
3. Orxan Qasımov  (Gədəbəy  GİK)
3. Ceyhun Həsənli  (Neftçi  İK)
Qadınlar
46 kq

1. Səlimə Quliyeva  (Alpman)
2. Zemfira Həsənzadə  (Xəzər TK)
3. Münnəvər Abbasova  (Qazax)
3. Minayə Əkbərova  (Ağcabədi OİK)
49 kq
1. Paniz İsmaelpur  (Təhsil RİM Sumqayıt)
2. Nərmin Əliyeva  (Qafqaz TK)
3. Selcan Kərimova  (Mübariz TK)
53 kq
1. Patimat Abakarova  (Gömrükçü  İK)
2. Nigar Abdullayeva  (Grandmaster)
3. Məryəm  Məmmədova  (Gömrükçü  İK)
3. Səmmərux  Osmanova  (Neftçi  İK)
57 kq
1. Səidə Əliyeva  (Qafqaz TK)
2. Leyla Bəşirova  (Təhsil  RİM Sumqayıt)
3. Meylin Məmmədzadə  (Neftçi İK)
3. Zivər Tağıyeva  (Təhsil  RİM Sumqayıt)
62 kq
1. Fatimə Məcidova  (Təhsil  RİM Sumqayıt)
2. Fatimə Həsənova  (Təhsil  RİM  Sumqayıt)
3. Zəhrəxanım Həmidzadə  (Qafqaz  TK)
3. Sevda Əzizova  (Masallı  TK)
67 kq
1. Fəridə Əzizova  (DİN  İC)
2. Sübhanə Kətanova  (Gəncə Daşkəsən RGİİ)
3. Şəlalə Şabanlı  (Zenit  TK)
3. Əfsanə Əliyeva  (Grandmaster TK)
73 kq
1. Elnarə İbrahimova  (Alov TK)
2. Ayan Əliyeva  (Modern Sports)
3. Şəbnəm Poladlı  (Tovuz  TK)
 

writer photo
Əlirza Əlirzalı
0