Azərbaycan çempionatında 16 dəst medal
22.12.2023 - 13:47
Azərbaycan çempionatında 16 dəst medal

Dekabrın 24-də taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilində təşkil olunacaq yarış 5 gün davam edəcək. Bakı İdman Sarayında keçiriləcək çempionat yeniyetmələrin mübarizəsi ilə başlayacaq. 

Dekabrın 26-27-də gənclər arasında Azərbaycanın ən güclü taekvondoçularının adlarına aydınlıq gələcək. 2023-cü ilə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 28-də dayanq üzərinə çıxacaqlar. Döyüşlər hər gün saat 09:00-da başlayacaq.

Qeyd edək ki, yeniyetmələr yeni qaydalara uyğun çəki ilə deyil, boylarının ölçülərinə görə (148 sm-dən 180 sm-dək) müəyyənləşəcək. Gənclər 20 çəki dərəcəsində (oğlanlar 45, 48, 51, 55, 59, 63, 68, 73, 78,+78 kq, qızlar 42, 44, 46, 49, 52, 55, 59, 63, 68,+68 kq), böyüklər isə 16 çəki dərəcəsində (kişilər 54, 58, 63, 68, 74, 80, 87,+87 kq, qadınlar 46, 49, 53, 57, 62, 67, 73,+73 kq) mübarizə aparacaqlar. 
 

writer photo
Əlirza Əlirzalı
0