Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı
14.11.2022 - 14:57
Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı

Minifutbol üzrə Azərbaycan çempionatının 2022-23 mövsümünün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, “Hilton” oteldə baş tutan püşkatma mərasimində futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.

Onlar arasında Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov, milli komandanın baş məşqçisi Elşad Quliyev, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, yarımmüdafiəçisi Qara Qarayev, “Zirə”nin prezidenti Taleh Nəsibov, çalışdırıcısı Rəşad Sadıqov, müdafiəçisi Ruslan Abışov, həmçinin sabiq futbolçular Vaqif Cavadov və Cahangir Həsənzadə də olub.

Bəzi regionlar da daxil olmaqla liqada 17 komanda mübarizə aparacaq. Yarışda 1-ci və 2-ci yerləri tutan komandalar Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada ölkəmizi təmsil etmək hüququ qazanacaq.

I turun cütləri:
“Aznur” - “Real" Bakı
“Sumqayıt” - “Bakı”
“Xəzər” - “Birbaşa Bakı”
“Qaradağ Lökbatan” - “Füzuli Ərgünəş”
“Dinamo” Gəncə - “Odlar Yurdu”
“Dəyirman” - “Dəmir Yumruq”
“Qarabağ” - “Galaxy” Şuşa
“Veteran” - “Zəngəzur”

Qeyd edək ki, “Zəfər” birinci turda istirahət edəcək. Turnir gələn həftəsonu start götürəcək.

 

writer photo
Əlirza Əlirzalı
0