Azərbaycan çempionunun baş məşqçisi: “İlk oyunlar isə hər zaman ağır olur”
23.08.2023 - 17:03
Azərbaycan çempionunun baş məşqçisi: “İlk oyunlar isə hər zaman ağır olur”

“Birinci hissədə bir qədər əsəbilik hiss olunurdu”. 

Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov deyib.

O, futzal üzrə Çempionlar Liqasının Türkiyə “İstanbul Şişli”si ilə oyunundan (9:1) sonra fikirlərini azfutzal.az-a açıqlayıb: “Bu da başa düşüləndir, komanda mövsümdə ilk rəsmi oyununu keçirirdi. İlk oyunlar isə hər zaman ağır olur. Fasilədən sonra daha yaxşı oynadıq, bu da hesabda öz əksini tapdı, böyükhesablı qələbə qazandıq. Bu münasibətlə komandamı tərbik edirəm. Artıq sabahkı matçı fikirləşməliyik”.

Qeyd edək ki, Azərbaycan çempionu növbəti matçını sabah keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0