Azərbaycan - İsveç matçına satılan biletlərin sayı açıqlanıb
04.09.2024 - 12:43
Azərbaycan - İsveç matçına satılan biletlərin sayı açıqlanıb

UEFA Millətlər Liqasında qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun bilet satışı davam edir.

Apasport.az xəbər verir ki, indiyədək qarşılaşmaya 7655 bilet satılıb.

Bilet qiymətləri 3-30 azn təşkil edir. 

Biletləri aşağıdakı məntəqələrdən ala bilərsiniz: 

Gənclik Mall

28 Mall

Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)

Köşk No2 (Bülbül prospekti, Nizami küç.)

1 Saylı ASAN xidmət mərkəzi

2 Saylı ASAN xidmət mərkəzi

3 Saylı ASAN xidmət mərkəzi

4 Saylı ASAN xidmət mərkəzi

1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.

writer photo
Əlirza Əlirzalı
0