Azərbaycan klubuna texniki məğlubiyyət veriləcək - Səbəb
17.10.2024 - 15:41
Azərbaycan klubuna texniki məğlubiyyət veriləcək - Səbəb

Futbol üzrə Azərbaycan çempionatının II Liqasında VII tura start verilib.

Apasport.az-ın məlumatına görə, bu gün baş tutmalı olan 4 qarşılaşmadan 1-i keçirilməyib.

Saat 15:00-da başlamalı olan “Şəfa” - “Lerik” matçı ləğv olunub. Buna səbəb qonaqların oyuna gəlməməsidir. 

Qaydalara əsasən, gecikən komanda 35 dəqiqə gözlənilib. Lakin “Lerik” vaxtın tamamında “ASK Arena”da olmadığından matç ləğv olunub.

Bu səbəbdən cənublulara texniki məğlubiyyət veriləcək. Qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında rəsmiləşəcək. 

İsmayıl Xeyrullayev

writer photo
Əlirza Əlirzalı
0