Azərbaycan millisi Belarusla oyunda favoritdir
13.06.2022 - 16:19
Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan – Belarus matçının favoriti bəlli olub.
Apasport.az saytının məlumatına görə, bukmekerlər Bakıdakı “Dalğa Arena”da baş tutacaq görüşün əmsallarını açıqlayıb.
Millimiz C liqasının 3-cü qrupunun qarşılaşmasına favorit qismində çıxacaq. Canni de Byazinin yetirmələrinin qələbəsinə 2,48 əmsalla pul qoyuluşu qəbul edilir.
Matçın heç-heçə bitməsinin əmsalı 3,06-dır. Qonaqların qələbəsinə isə 3,15 əmsalla qoyuluşlar mümkündür.
Qeyd edək ki, Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq.
- “Liverpul”un ÇL şansları minimuma endi, “Arsenal”dan çempionluq hədiyyəsi
- Haverts “Real”ın transfer siyahısında
- “Neftçi”nin yeni mövsüm formaları - VİDEO
- İtalyanı ağlatdı, çinlini məğlub etdi, qızılı aldı: Əlcəzairli qadın boksçu Olimpiya çempionu olub
- “Ödənişli” kuponlarda REKORD: 25 UDUŞ, 86,92 əmsal
0
0