Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
16.04.2024 - 09:53
Azərbaycanın futzal millisi bu gün növbəti beynəlxalq yoldaşlıq oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Millimiz iki gün əvvəl bu rəqibə 2:3 hesabı ilə uduzub.
0
0