Azərbaycan millisinin hücumçusu Türkiyə klubu ilə müqavilə bağladı
27.10.2022 - 09:07
Azərbaycan millisinin hücumçusu Türkiyə klubu ilə müqavilə bağladı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Mustafa Yıldırımın yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Türkiyə əsilli hücumçu ölkəsində özünə yeni komanda tapıb.

Ötən ay “İstanbulspor”dan 1 milyon lirə təzminat ödəyərək öz istəyi ilə ayrılan 20 yaşlı forvard II liqa təmsilçisi “Çorum”la anlaşıb. Mustafa Yıldırım aşağı liqa klubu ilə 2,5 illik müqaviləyə qol çəkib.

Mustafa noyabrda U-21 millimizin Türkiyədəki təlim-məşq toplanışına qatılacaq. Macarıstan və İsveçlə keçiriləcək yoxlama görüşlərində baş məşqçi Samir Əliyevin sərəncamında olacaq hücumçu ardından “Çorum”un düşərgəsinə yollanacaq. O, yeni klubuna mövsümün ikinci dövrəsindən etibarən kömək edə biləcək.

Qeyd edək ki, “Alanyaspor”un yetirməsi olan Mustafa Yıldırım U-21 yığmamızın heyətində 8 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0