Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta, Bosniya və Herseqovinaya qarşı keçirəcəyi oyunları idarə edəcək hakimlər müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, sentyabrın 2-də Ta`Qali şəhərindəki Mərkəzi stadionda baş tutacaq Malta – Azərbaycan oyununu İtaliyadan, sentyabrın 6-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Bosniya və Herseqovina qarşılaşmasını isə Fransadan olan hakimlər briqadası idarə edəcək:
2 sentyabr
21:30. Malta – Azərbaycan
Baş hakim: Silvia Qasperotti
Baş hakimin köməkçiləri: Veronika Martinelli, Veronika Vettorel
Dördüncü hakim: Anna Frazza
(Hakimlər briqadası İtaliyadandır)
Ta`Qali. Mərkəzi stadion
6 sentyabr
20:00. Azərbaycan – Bosniya və Herseqovina
Baş hakim: Maika Vanderstixel
Baş hakimin köməkçiləri: Solenne Bartnik, Klotilde Brassard
Dördüncü hakim: Savina Elbour
(Hakimlər briqadası Fransadandır)
Bakı. “Dalğa Arena”