Azərbaycan millisinin rəqibləri müəyyənləşdi – AVRO-2024-də
09.10.2022 - 14:42
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi – AVRO-2024-də

AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az sayının məlumatına görə, Almaniyanın Frankfurt şəhərindəki tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Yığmamız seçmə mərhələnin 53 iştirakçısı sırasında yer alıb. 4-cü səbətdə qərarlaşan yığmamız F qrupuna düşüb. Canni de Byazinin yetirmələri Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Qeyd edək ki, 2023-cü ildə keçiriləcək seçmə mərhələdə qruplarda ilk iki yeri tutanlar AVRO-2024-ə vəsiqə qazanacaq.

writer photo
Əlirza Əlirzalı
0