Azərbaycan millisinin və futbol klublarının həkimləri üçün seminar təşkil olunub
22.05.2024 - 17:41
Azərbaycan millisinin və futbol klublarının həkimləri üçün seminar təşkil olunub

Mayın 20-dən 21-dək AFFA tərəfindən Azərbaycan milli komandaları, Premyer Liqa və I Liqa klublarının həkimləri üçün UEFA-nın Football Education Proqramına əsasən “Futbolda zədələr” adlı seminar təşkil olunub.

Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirə Azərbaycan milli komandasının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib. Həmçinin, milli komandanın həkimləri Olcay Bayramov və Fuad Səfərov da çıxış ediblər.

Məqsəd komandalarda çalışan tibbi heyətin biliyini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və bunun UEFA standartlarına uyğun həlli yolları ilə həkimləri tanış etmək olub.

writer photo
Əlirza Əlirzalı
0